Qadin.NET / Koronavirusun yeni əlamətlərini aşkar edildi

Koronavirusun yeni əlamətlərini aşkar edildi

Almaniya həkimləri koronavirus xəstələrinin ürəyində COVID-19-un əlamətlərini aşkar ediblər.
Qadin.Net bildirir ki, bu barədə məlumatı “Oxford Academic” jurnalı yayıb.
İlkin olaraq, xəstələrə “miokardit” diaqnozu qoyulsa da, sonradan onların koronavirusa tutulması məlum olub.
“Koronavirus gizli formada keçsə belə, COVID-19-un əlamətləri hətta xəstə sağalandan sonra ürəyin biopsiyası zamanı aşkarılanır”, - deyə alman ürək-damar mərkəzinin professoru Filip Ventsel bildirib.
Alimlər hesab edir ki, həkimlər koronavirusun mümkün fəsadlarına görə ürək-damar sisteminə daha çox diqqət etməlidirlər.

24 avqust 2020
GO BACK