“Bu gün Aralıq dənzinin Şərqindən Egeyə, Qafqazdan Cənubi Afrikaya qədər öz siyasətimizi yürüdə bilriksə, bunun səbəbi siyasi, iqtisadi və texnoloji sahələrdə əldə etdiyimiz inkişafdır”.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Müdafiə sahəsində güclü və müstəqil ola bilməyən xalqların öz gələcəklərinə güvənlə baxması mümkün deyil. Müdafiə sənayesi dayanmağı sevməyən, inkişafa meylli bir sahədir. Daha da irəli getmək, daha da inkişaf etmək məcburiyyətindəyik”.
Ərdoğan qeyd edib ki, Türkiyə demokratiya və hüquq dövləti olaraq, bütün əngəlləri aşıb bütün məkrli oyunları pozaraq yoluna davam edəcək: “Türkiyənin yeganə məqsədi, özünün və dostlarının tanınmış haqlarını qorumaqdır”.