Ukraynanın “Batkivşina” partiyası və parlament fraksiyasının lideri Yuliya Timoşenko koronavirusa yoluxub.
Qadin.Net “İnterfaks”a istinadən xəbər verir ki, siyasətçinin mətbuat katibi Marina Soroka bildirib ki, Timaşenkonun COVID -19 testinin nəticəsi pozitiv çıxıb. Onun temperaturu 39 dərəcəyə yüksəlib və vəziyyəti ağırdır.