Dənizdə boğulmaq üzrə olan iki nəfəri xilas etmək üçün çimərlikdəki insanlar səfərbər olaraq canlı zəncir yaratdılar.
“The Sun”in verdiyi məlumata görə, kadrlar Britaniyada qeydə alınıb.
Məlumata görə, qəfil başlayan güclü külək dənizdə üzən gənclərdən birini okeana doğru sürükləməyə başlayıb. Başqa biri ona kömək etmək istəyərkən, dalğa ilə başa çıxa bilmir və o da axına qapılıb.
Sahildə olan insanlar küləyin getdikcə sürətləndiyini nəzərə alaraq birlikdə hərəkət etmək qərarına gəliblər. Onlar əl-ələ tutaraq “canlı zəncir” yaradaraq batanlara doğru gediblər.
Uzun mübarizədən sonra onlar nəhayət hər iki gəncə çata və onları sağ-salamat sahilə qaytara biliblər.