Böyük Britaniyanın Baş naziri Boris Conson nişanlısı ilə birlikdə başqasının sahəsinə girərək çadır qurub və tonqal qalayıb.
Lakin bu həmin torpaq sahəsinin sahibinin etirazına səbəb olub, onlardan dərhal ərazini tərk etmələrini istəyib.
Qadin.Net bildirir ki, hadisə barədə “Daily Mail” xəbər yayıb.
Məlumata görə, şotlandiyalı fermer Kenni Kemeron baş nazirin onun icazəsi olmadan çadır qurmasından narazılığını dilə gətirib.
“Baş nazir bu hərəkəti ilə britaniyalılara pis örnək olur. O, çadırı öz bağında da qura bilərdi və heç bir problem olmazdı”, - deyə fermer bildirib.
Consonun mühafizəçiləri Kemerondan üzr istəyərək, ərazinin baş nazirin həyətinə daxil olduğunu düşündüklərini deyiblər. Onlar çadırı yığışdıraraq, ətrafı zibildən təmizləyiblər.