Qadin.NET / Messi ilə bağlı sensasion İDDİA

Messi ilə bağlı sensasion İDDİA

"Barselona" klubunun kapitanı Lionel Messi haqda sensasiyalı transfer xəbəri yayılıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçu PSJ-yə keçə bilər.
Mənbənin yazdığına görə, Messi 4 il "Barselona"da komanda yoldaşı olduğu Neymarla yenidən birlikdə top qovmaq arzusundadır.
Fransa mətbuatında da bu tip xəbərlər dərc edilir.
Kataloniya klubunun Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya 2:8 hesabı ilə acınacaqlı şəkildə məğlubiyyətinin ardından "Barselona"da radikal qərarlar qəbul edilib.
Baş məşqçi Kiki Setyen və komandanın idman direktoru Erik Abidalla yollar ayrılıb və klubun "sükanı" Ronald Kumana tapşırılıb.
Messi də məhz niderlandlı mütəxəssislə görüşündə "Barselona"dan ayrılmaq istədiyini bəyan edib.

23 avqust 2020
GO BACK