Üç yaşlı uşaq hovuzda boğulmaqda olan yaşıdını xilas edib.
Qadin.Net bildirir ki, “Daily Mail”in məlumatına görə, hadisə Braziliyada yaşanıb.
Bildirilir ki, uşaqlardan biri anasının gözündən yayınaraq hovuza tərəf gedib. Evə quraşdırılan müşahidə kameralarından aydın görünür ki, uşaq hava döşəyini götürmək istəyərkən suya yıxılıb.
Xoşbəxtlikdən həmin vaxt dostu Artur yanında olub. O, əvvəlcə kömək istəmək üçün ətrafa baxıb, ancaq heç kimin olmadığını görəndə əlini uzadaraq güclə də olsa dostunu sudan çıxara bilib.
Qeyd edək ki, hadisə hər kəs kimi yerli polislərin də rəğbətini doğurub. Onlar kiçik qəhrəmanı sertifikat və suvenirlə mükafatlandırıblar.