"Netflix" hər zaman səs-küylü layihələr təqdim etməyə çalışır. Bu dəfə isə onların yeni serialı tənqid edilib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, platformada yayımlanan "Милашки" adlı fransız filmi qalmaqala səbəb olub.
Ssenariyə əsasən 11 yaşlı müsəlman qız məşhur olmağı arzulayır. O, rəqqasəlik edir. Amma heç də uşaqlara aid rəqslər oynamır. Onun rəqslərində aqresiv və seksual məqamlar yer alır.
Ekran işinə görə "Netflix" pedofillikdə günahlandırılıb.