Alimlər bəzi koronavirus xəstələrinin yenidən infeksiyaya yoluxmasının səbəblərini müəyyənləşdirib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın Massaçusets Baş Xəstəxanasının mütəxəssisləri COVID-19-dan ölən xəstələrin dalaq və limfa düyünlərini araşdırıb və davamlı immun reaksiyasının ayrılmaz hissəsi olan germinal mərkəzlərin olmadığını aşkar edib. Bu mərkəzlər immun hüceyrə adlandırılan B hüceyrələrinin antikor ifraz etdiyi sabit bir immun reaksiyasından məsuldur.
Orqanizmə tanış olan məhz bu anticismlər virusa hücüm edərək təkrar yoluxmadan insanı müdafiə edir. Ancaq xəstəliyin şiddətli gedişi nəticəsində çox sayda siqnal molekulu - TNF sitokin - germinal mərkəzlərin meydana gəlməsi lazım olduğu yerlərdə ifraz olunur. Alimlər hesab edirlər ki, immunitetin iki yolu var – peyvəndlənmə və ya simptomlarla xəstələnmək. Xəstəliyi yüngül və asimptomatik keçirmək virusdan uzunmüddətli müdafiəni təmin etmir. Mütəxəssislər bu vəziyyətdə bəzi sağalmış insanların bir neçə aydan sonra təkrar koronavirusa yoluxa biləcəyi qənaətinə gəlib.
Xatırladaq ki, Cənubi Koreyada alimlər sağaldıqdan sonra yenidən koronavirus aşkarlanan insanların başqalarına təhlükə yaratmadığını söyləyib. Belə insanların test nəticələrini saxta müsbət adlandırıblar.