Qadin.NET / Prezidentə məktub yazan azyaşlı general olmaq istəyir - VİDEOREPORTAJ

Prezidentə məktub yazan azyaşlı general olmaq istəyir - VİDEOREPORTAJ

Bərdə rayonunda müvəqqəti məskunlaşan, Şuşadan məcburi köçkün olan 3-cü sinif şagirdi Prezident İlham Əliyevə məktub yazıb.
Qadin.Net bildirir ki, Baku TV-nin xəbərinə görə, 9 yaşlı Əsədov Nihat Eldar oğlu prezidentə məktubunda bildirib ki, o, böyüyəndə hərbçi olmaq istəyir.
Ən böyük arzusu isə general olmaqdır. Buna səbəb Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhidlik zirvəsinə yüksəlməsidir.
Azyaşlı məktəbliyə məktub yazmağa yaşca böyük olan qardaşı Əsədov Nəbi kömək edib. N.Əsədov qardaşının arzusu ilə məktubu Tovuz hadisəsindən sonra yazdığını bildirib.
O, tezliklə ata-baba yurduna - Şuşaya qayıtmaq istəyir.

22 avqust 2020
GO BACK