“Pandemiya fövqəladə bir vəziyyət hesab olunur. Heç bir ölkənin səhiyyə sistemi bu vəziyyətə hazır olmayıb. Ona görə də bütün həkim heyəti virusla mübarizəyə cəlb olunur”.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Biz payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq. Bəzi tibb işçilərinə istirahət verilib ki, qarşıdan gələn mövsümə hazırlıqlı olsunlar”, - o bildirib.