Qadin.NET / Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Nərimanov rayonu Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinədək olan hissəsində hərəkət məhdudlaşdırılacaq.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

21 avqust 2020
GO BACK