Bu gün 15 min tibb işçisi koronavirusla mübarizə aparır, bütün həkim personalının fəaliyyəti yüksək qiymətləndirilir.
Qadin.Net xəbər verir ki, bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov bu gün operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində deyib.
“Ümumilikdə 54 xəstəxana COVID-19-la mübarizəyə cəlb olunub. Hazırda onlardan 34-də koronavirusla mübarizə çərçivəsində xəstələr müalicə alır. Növbəli olaraq 2-3 min tibb işçisi koronavirus xəstələrinə xidmət edir”, deyə o, bildirib.