“Restoranlarda vətəndaşlara xidmət zamanı qabların, stəkanların, çəngəl və qaşıqların təmiz olmaması yoluxma riski yarada bilər”.
Qadin.Net xəbər verir ki, bunu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib.
O bildirib ki, buna baxmayaraq, hava-damcı yolu ilə yoluxma riski daha çoxdur:
“Dediyiniz məqamda yoluxma riski yoxdur demək olmaz. Çox az faizlə risk mövcuddur. Lakin digər məqam aidiyyəti orqanların bu kimi hallara qarşı tətbiq etdiyi cərimə prosedurlarıdır. Cərimə məbləğini nəzərə alsaq, düşünmürəm ki, sahibkarlar bu mövzuya laqeyd yanaşsınlar. Bütün hallarda monitorinqlər aparılır. Vətəndaşlar da bu məsələdə daha həssas olmalı və özlərini qorumalıdırlar”.