Xəstəxanada koronavirus xəstəsinə dərman preparatının ödənişlə verilməsi ilə bağlı fakt varsa, həmin şəxs müraciət edərsə, araşdırılacaq.
Qadin.Net xəbər verir ki, bunu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib.
O bildirib ki, bu barədə şikayət daxil olmayıb:
“Dərmanlar protokola uyğun verilir. Protokoldan kənar dərmanlar verilə bilməz. Elə dərmanlar var ki, onu xəstəyə vermək olmaz. Çünki onun yanaşı xəstəliyi də ola bilər və onu yükləmək olmaz.
Buna görə də bütün dərmanlar xəstələrə protokola uyğun olaraq tətbiq olunur. Bütün hallarda həmin şəxs bizə müraciət etsin və məsələni araşdıraq”.