“Azərbaycanda koronavirusun müalicəsində hələlik effektiv dərman yoxdur”.
Qadin.Net xəbər verir ki, bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib:
“İstifadə olunan antiviral dərmanlar var ki, bunlar qrip, ebola viruslarının müalicəsində istifadə olunan dərmanlardır. Hazırda patogenik müalicə üsulu var ki, müxtəlif müdaxilələr edirik.
Plazma müalicəsində koronavirusdan sağalan şəxsin qan plazmasından istifadə olunur. Bu üsuldan SARS virusunun müalicəsində də istifadə edilib. İlk vaxtlar bu müalicə üsulunda sağalmış şəxslərin cəlb edilməsi ilə bağlı problemlər var idi.
Lakin aparılan təbliğatlardan sonra immun plazmasından istifadə artdı. Ölkəmizdə bu müalicə üsulu ilə sağalan xəstələrin sayı çoxdur və istifadəsində heç bir problem müşahidə etməmişik.
İkinci qan qrupunda vəziyyəti kritikləşmiş koronavirus xəstələrinin sayı daha çoxdur. Bu, mart ayında çinli mütəxəssislərin apardığı tədqiqatlarda da belədir”.