Qadin.NET / Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ

Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ

Almaniyada COVID-19-la mübarizə çərçivəsində 10 min xəstənin məlumatları analiz edilərək, xəstəxanadaxili ölüm faizləri 22 faiz olaraq göstərilib.
Qadin.Net xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
O bildirib ki, yaş qruplarına görə bu ölüm faizləri də stabil qalmayıb və dəyişir:
“Belə ki, 80 yaşdan yuxarı ölüm faizi 78 faiz, 70-80 yaş aralığında ölüm faizi 27 faiz, 60-70 yaş aralığında 15 faiz, 60 yaşdan aşağı 5 faiz olaraq qeydə alınıb.
Mərkəzi Neftçilər Xəstəxanasında ölüm faizi hazırda 12 faiz kimi qiymətləndirilib. Ümumilikdə Azərbaycanda COVID-a yoluxub ölənlərin faizi 1,5-1,6 arasında dəyişir”.
F.Sədirov əlavə edib ki, bu rəqəm İtaliya, Çin, İngiltərə kimi ölkələrlə müqayisədə, çox aşağıdır:

“Bu gün Azərbayvanda qeydə alınan ölümlərin digər ölkələrlə müqayisədə, aşağı olması vaxtında görülən qabaqlayıcı tədbirlərə görədir”.

21 avqust 2020
GO BACK