Bu gün halsızlıq və hərarət COVID-19-un əsas əlaməti olaraq görülür.
Qadin.Net xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasınln həkim-infeksionisti Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, mədə-bağırsaq, qusma və digər simptomlar da koronavirusa xas ola bilər:
“Lakin bu virusun ilkin simptomu kimi dadbilmənin itməsi, xroniki burun ciblərinin tutulması göstərilir. Bütün digər simptomlar da virusa yoluxmaya həyəcan təbili ola bilər.
Bu, dünya təcrübəsində də belədir. Odur ki, xəstəliyin simptomsuz keçməsini də nəzərə alaraq, tibbi maskadan istifadə edilməli, sosial məsafəyə riayət olunmalıdır”.