Bu gün yoluxmalarda az da olsa, artım müşahidə edilir. Vəziyyət müşahidə edildikcə ona uyğun qərarlar verilə bilər.
Qadin.Net xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, yumşalma və ya sərtləşdirmə ilə bağlı qərarlar qəbul olunmayıb:
“Bu gün müzakirələr gedir, artım var. Lakin hələ hər hansı yeni qərar qəbul olunmayıb. Bu istiqamətdə yeni qərar olarsa, ictimaiyyətə məlumat veriləcək”.