Qadin.NET / Rusiyada COVID-19 əleyhinə ikinci vaksin oktyabrda hazır olacaq

Rusiyada COVID-19 əleyhinə ikinci vaksin oktyabrda hazır olacaq

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətindən (“Rospotrebnadzor”) verilən məlumata görə, “Vektor” Elmi Mərkəzi oktyabr ayında COVID-19 əleyhinə ikinci vaksini qeydiyyatdan keçirmək üçün müvafiq qurumlara təqdim edəcək.
“Komsomolskaya Pravda” xəbər verir ki, klinik sınaqların ikinci mərhələsi sentyabr ayında tamamlanacaq.
Yalnız test nəticələri alındıqdan sonra, sənədləri qeydiyyat üçün müvafiq qurumlara təqdim etmək mümkün olacaq.
Hazırda tədqiqatda 86 nəfər iştirak edir. Onlar iki qrupa bölünür.
43 nəfərdən ibarət birinci qrupa “EpiVakKorona” peyvəndi vurulub, ikinci 43 könüllü isə plasebo preparatı qəbul edib.
Könüllülər 23 gün müddətində xəstəxanaya yerləşdiriliblər. Onların özlərini yaxşı hiss etdiyi bildirilir.

21 avqust 2020
GO BACK