Qadin.NET / COVID-19 peyvəndi vurulan könüllülərin səhhəti barədə məlumat verildi

COVID-19 peyvəndi vurulan könüllülərin səhhəti barədə məlumat verildi

Rusiyanın “Rospotrebnadzor” Federal Xidməti koronavirus infeksiyasına qarşı sınaqdan keçirilən peyvənd barədə yeni məlumat yayıb.
Alimlər vaksinin klinik tədqiqatını sentyabr ayında tam başa çatdırmağı planlaşdırırlar.
Xatırladaq ki, sınaqlar 27 iyulda başlayıb.
Birinci mərhələdə 14, ikinci mərhələdə isə 43 könüllüyə peyvənd vurulub.
Qadin.Net bildirir ki, “Ridus” agentliyi rəsmi qurumlara istinadən xəbər verir ki, bütün könüllülər özlərini yaxşı hiss edirlər, əks təsirlər qeydə alınmayıb.
Onlarda narahatlıq yaradan yeganə məqam ertəsi gün tamamilə yox olan iynə yerinin ağrısıdır.
Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksinini qeydiyyatdan keçirib. O, “Sputnik V” adını alıb.

21 avqust 2020
GO BACK