Azərbaycanda COVID-19 pandemiyası çərçivəsində aparılan seroloji testlər tam təhlükəsizdir.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev məlumat verib.
“İnsanlar xəstəliyi asimptomatik formada keçirdikləri üçün bunun fərqinə varmırlar. Təbii olaraq, şikayət olmadığı üçün analiz və test verməyə də ehtiyac qalmır. Seroloji testlərin keçirilməsi bu baxımdan önəmlidir. Biz bilməliyik ki, bu xəstəlik növbəti təmaslarda bizə nə dərəcədə təhlükə yarada bilər. Çünki koronavirusa yoluxan insanların qanında virusa qarşı anticisimlər yaradır. Bu anticisimlər isə bizi bir sonrakı viruslarla təmasdan da qorumuş olur.