Qadin.NET / Mübariz İbrahimov haqqında cizgi romanı çap olundu

Mübariz İbrahimov haqqında cizgi romanı çap olundu

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında cizgi romanı işıq üzü görüb.
Qadin.Net xəbər verir ki, “Hədəf Nəşrləri”ndə ərsəyə gələn kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, rəssamı Vasif Səftərovdur. Kitab “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə nəşr olunub. Yerli oxucular üçün ənənəvi olmayan cizgi roman üslubunda nəşr olunan bu kitab Mübariz İbrahimovun əsasən döyüş yolu və qəhrəmanlığından bəhs edir.

“Mübariz İbrahimov. Cizgi roman” kitabı 2020-ci ilin noyabr-dekabr aylarında Biləsuvar rayonunda keçiriləcək silsilə tədbirlərdə təqdim olunacaq. Siravi oxucular isə kitabı artıq mağazalardan əldə edə bilərlər.

21 avqust 2020
GO BACK