Qadin.NET / Qəbul imtahanına belə girdilər - Sosial məsafəyə diqqət

Qəbul imtahanına belə girdilər - Sosial məsafəyə diqqət

Paytaxtda bu gün növbəti qəbul imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil olunub.
Qadin.Net Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, imtahan təşkil olunan ərazilərdə kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə tərəfimizdən nəzarət olunur.
İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. İctimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər təşkil olunaraq icraya yönəldilib, əlavə naryad qrupları xidmətə cəlb olunub.

21 avqust 2020
GO BACK