Qadin.NET / Tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin halını yaxşılaşdırmaq üçün unikal üsul

Tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin halını yaxşılaşdırmaq üçün unikal üsul

Ağciyərlərin Süni Ventilyasiya (ASV) aparatına qoşulan koronaviruslu xəstələrin vəziyyətini yaxşılaşdırmağın unikal üsulu aşkarlanıb.
Belə ki, mütəxəssislər musiqinin xəstələrə müsbət təsir göstərə biləcəyini müəyyənləşdiriblər.
“İzvestiya”nın məlumatına görə, ABŞ-ın Dreksel və Templ Universitetinin alimləri belə bir qənaətə gəliblər.
Bundan əlavə, musiqinin ASV cihazından ayrılan xəstələrə xeyir verəcəyi də ehtimal edilib.
Alimlər bildiriblər ki, cihaza uzunmüddətli qoşulma bir sıra ağır nəticələrə gətirir. Belə ki, insanlar yeriməyi, danışmağı, udqunmağı, hətta müstəqil nəfəs almağı yenidən öyrənirlər.
Musiqi terapiyası kimi sadə üsullar bu xəstələrin reabilitasiyasına kömək edə bilər.

21 avqust 2020
GO BACK