İtaliyada iki avroya (təxminən, dörd manat) mənzil sahib olmaq mümkündür.
“Idealista” nəşri xəbər verir ki, Sambuka di Siciliya bələdiyyəsi iki avrodan başlayan qiymətlərlə ev satışını həyata keçirməyi planlaşdırır.
Rəsmi qurumlar bununla həmin əraziyə insan axınını təmin etməyi düşünürlər.
Alıcılar mənzilləri şəxsi vəsaiti hesabına təmir etməli olacaqlar.
Əlavə olaraq, Sambukaya köçən şəxslərdən yerli xəzinəyə beş min avro əmanət qoymaq tələb olunur. Evin təmiri bitəndən sonra vəsait geri qaytarılacaq.
Qeyd edək ki, Sambukada 1968-ci ildə güclü zəlzələ olub. Bu hadisədən sonra əhalinin böyük əksəriyyəti şəhəri tərk edib.