Qadin.NET / Vətəndaşlar pandemiyanın ikinci dalğasına hazırdırmı? - VİDEO

Vətəndaşlar pandemiyanın ikinci dalğasına hazırdırmı? - VİDEO

Koronavirus... Pandemiya... Pandemiyanın ikinci dalğası...
Artıq bu sözləri eşitməkdən yorulmuşuq. Amma koronavirus can almaqdan yorulmadı. Bu bəs etmirmiş kimi, hələ pandemiyanın ikinci dalğası şaiyələri eşidilməkdədir. İndi hər kəsi bu sual düşündürür. Biz nə vaxt normal həyata dönəcəyik? Həyat qaldığı yerdən davam edəcəkmi?
Ümumdünya Səhiyyə Təşkilatı bir neçə gün bundan öncə təşkilata üzv olan ölkələrdə yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiq olunmağa ehtiyac olmadığını bildirmişdi. Belə ki, sosial məsafəni qorumaqla və tibbi maskadan istifadə etməklə bu virusla mübarizə aparmaq olar deyə çıxış etmişdilər. Amma bəzi ölkələrdə pandemiyanın ikinci dalğası gəlir deyə iddialar dolaşmaqdadır. Görəsən, Azərbaycanda da pandemiyanın ikinci dalğası gələrsə, paytaxt sakinləri, vətəndaşlar buna psixoloji olaraq hazırdılarmı?

Ətraflı süjetdə:

20 avqust 2020
GO BACK