Qadin.NET / Demet Özdəmir sosial şəbəkədə jurnalistlərə qəzəblənib

Demet Özdəmir sosial şəbəkədə jurnalistlərə qəzəblənib

"Doğduğun ev kaderindir" serialında rol alan aktrisa Demet Özdəmir sosial şəbəkədə jurnalistlərə qəzəblənib.
Qadin.Net xəbər verir ki, aktrisa müğənni Murad Bozla sevgili olması ilə bağlı xəbərlərə aydınlıq gətirib:

"Haqqımda çıxan xəbərləri təəccüblə oxuyuram. Bəzən gülürəm, bəzən də kədərlənirəm. Mənim də hamı kimi dostlarım və görəndə salam verdiyim tanışlarım var. Sizin üçün 3 gündən bir sevgili dəyişən biri kimi görünsəm də, uzun müddətdir sevgilim yoxdur. Ağır iş rejimində işləyirəm, istirahət etdiyim zamanda da dostlarımla vaxt keçirirəm. Dostlarımla adımın hallanmasından yoruldum. Əmin olmadan, araşdırmadan haqqımda xəbər yazmamağınızı xahiş edirəm".

20 avqust 2020
GO BACK