Qadin.NET / Tramp Puerto-Rikonu Qrenlandiyaya dəyişmək istəyir - İDDİA

Tramp Puerto-Rikonu Qrenlandiyaya dəyişmək istəyir - İDDİA

ABŞ Prezidenti Donald Tramp Puerto-Riko adasını Danimarkaya məxsus Qrenlandiya ilə dəyişmək istəyib.
Qadin.Net bildirir ki, Bu barədə “The Daily Beast” ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Mayls Teylorun açıqlamasına istinadən xəbər yayır.
O, Trampdan bu sözləri 2018-ci ilin avqust ayında şəxsən eşitdiyini deyib.
Teylor qeyd edib ki, həmin vaxt ABŞ Prezident Administrasiyasının işçiləri qasırğanın nəticələrinin aradan qaldırılmasına yardım göstərmək üçün tez-tez Puerto-Rikoya səfər edirdilər:
“Bir dəfə getməzdən əvvəl, o dedi ki, təkcə Qrenlandiyanı əldə etmək istəmir, bəlkə də Puerto Rikonu satacaq, və ya Qrenlandiyaya dəyişəcək. Çünki Puerto-Riko çirklidir, oradakı insanlar da yoxsuldur”.
Teylor bildirib ki, Tramp Puerto-Rikoya düşmən münasibət bəsləyib.

2019-cu ildə ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı strateji baxımdan satın almaqda maraqlı olduğunu deyib. Həmin açıqlama ada və Danimarka səlahiyyətlilərinin sərt reaksiyasına səbəb olub.

21 avqust 2020
GO BACK