Qadin.NET / Pekində yeddi aydan sonra ilk dəfə əhali küçəyə maskasız çıxacaq

Pekində yeddi aydan sonra ilk dəfə əhali küçəyə maskasız çıxacaq

Çinin paytaxtı Pekində yanvar ayından bəri ilk dəfə sakinlərə qoruyucu maska ​​olmadan küçəyə çıxmağa icazə verilib.
Qadin.Net bildirir ki, TASS bu barədə ölkənin Kütləvi Xəstəliklərə Qarşı Mübarizə Mərkəzinin yaydığı bəyanata istinadla xəbər verir.

Bildirilir ki, yad insanlarla çox yaxın olan zaman maskadan istifadə edilməlidir. Təşkilat rəhbərliyi ilə razılaşdırılarsa, stadionlarda və idman salonlarında maska ​​taxmaq istəyə bağlı olacaq.

Hazırda Pekin xəstəxanalarında yalnız iki koronaviruslu xəstə qalıb. Paytaxtın bütün rayonlarında epidemioloji təhlükənin azalması müşahidə olunur.

Qeyd edək ki, koronavirus dünyaya 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərindən yayılıb.

20 avqust 2020
GO BACK