Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
Qadin.Net bildirir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
“Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb. Pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin və nümayəndə heyətinin digər bir üzvünün test müayinəsinin nəticələri pozitiv çıxıb”, - məlumatda bildirilir.
“İdarə Heyətinin sədri və digər əməkdaş karantinə alınıb. Zəruri müayinə və müalicə tədbirləri görülür.
Vüsal Kərimlinin və əməkdaşımızın səhəti stabildir, hər hansı bir narahatlıq müşahidə olunmur.