Qadin.NET / Halit Ergençdən sevgilisini amansızca döyən Ozan Güvənlə bağlı gözlənilməz addım - VİDEO

Halit Ergençdən sevgilisini amansızca döyən Ozan Güvənlə bağlı gözlənilməz addım - VİDEO

Sevgilisi Dəniz Bulutsuzu döydüyü üçün 13 il həbs cəzası tələb olunan Türkiyənin məşhur aktyoru Ozan Güvən “Babil” serialından ayrılır. Həmin serialda baş rol ifaçısı Halit Ergenç həmkarının ayrılmaq qərarı barədə danışarkən gözlənilməz münasibəti ilə hər kəsi təəccübləndirib.
Bu barədə “SonDakika” xəbər yayıb.
Məlumata görə, H.Ergenç Ozanın bu hadisədən alnıaçıq çıxacağına inandığını deyib:
“Ozanın qərarıdır. Mən Ozanı çox istəyirəm, uzun zamandır tanışıq. Sevgimiz əbədidir. Düşünürəm ki, bu hadisədən alnıaçıq çıxacaq. Ədalət mütləq bərqərar olacaq. Elə bir xasiyyətinə heç vaxt şahid olmamışam. Orada nəsə baş verib. Ədalət hadisəni aydınlaşdıracaq. Hər kəs üçün hər şeyin xeyirlisi olsun”, - deyib.
Xatırladaq ki, Ozan Güvən özündən 17 yaş kiçik sevgilisini evində saatlarla döyüb. Qadın onun əlindən güclə canını qurtardığını iddia edib.

20 avqust 2020
GO BACK