Qadin.NET / Telefonun “donması”nın qarşısını alan üsullar

Telefonun “donması”nın qarşısını alan üsullar

Telefonunuzun “donmaması” üçün cihazınızda çox yer tutan və fon rejimində işləyən tətbiqlər silinməlidir. Buna əsasən smartfonun iş masasına yerləşdirilən vidcetlər daxildir.
“Praym”ın məlumatına görə, bu barədə Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bildirib.
Onun sözlərinə görə, adətən “Android” və “iOS” platformalarında olan köhnə smartfonlar yavaş işləyir. Ancaq “Android Go” sistemi ilə təchiz olunmuş müasir büdcəli qadcetlər də istisna deyil, onlarda da “donma” müşahidə olunur.
Belə smartfonların işini yüngülləşdirmək üçün “Facebook”, “YouTube” və sair “ağır” tətbiqləri ləğv etmək lazımdır. Ekspertin sözlərinə görə, belə proqramların əksəriyyətinin “Android” üçün “Facebook Lite”, “Google Maps Go” və sair kimi yüngül analoqları mövcuddur. Həmçinin həmin servislərə sayt vasitəsi ilə də daxil olmaq olar.

V.Qritsenko onu da bildirib ki, sistem interfeysində qrafik effektləri və animasiyanın istifadəsi məhdud olmalıdır və fon məzmunu yeniləməsi aradan qaldırılmalıdır.

“Telefonunuz yavaş işləyirsə, “donmalardan” yaxa qurtarmağın ən yaxşı həlli, ultra büdcəli həllər sinifinə aid olmayan hər hansı müasir smartfon almaqdır”, - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

20 avqust 2020
GO BACK