Perseid meteor yağışından sonra Türkiyənin İstanbul, İzmir və Manisa şəhərlərinə meteor düşdüyü iddia edilib.
Xəbər rəsmi təsdiqini tapmasa da, İHA agentliyi Ege bölgəsində bəzi vilayətlərdə və Manisanın bəzi rayonlarında yanğın çıxdığı barədə xəbər yayıb.
Şahidlərin sözlərinə görə səma şimşək çaxar kimi işıqlanıb, ardınca isə müxtəlif yerlərdə qamışlıqlarda yanğın başlayıb.
“Buraya bir cisim düşdü, ardınca da partlayış oldu. Meteor yoxsa təyyarə düşdü bilmədik... Bu ərazilərdə insan əli ilə yanğın çıxması mümkün deyil. Həmin işığı ətrafdakı Kəmər, Poyrazdamları, Karasavcı, Yeniköy kimi məhəllələrindən də görən olub”, - deyə şahidlərdən biri bildirib.