Qadin.NET / Finlandiya 10 ölkənin vətəndaşlarına sərhədlərini bağlayacaq

Finlandiya 10 ölkənin vətəndaşlarına sərhədlərini bağlayacaq

Finlandiya hökuməti 24 avqustdan etibarən koronavirusla bağlı yaranan vəziyyətlə əlaqədar 10 ölkənin vətəndaşları üçün sərhədlərini bağlayır.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Bildirilib ki, son 14 gündə hər 100 min nəfərə səkkizdən çox COVID-19-a yoluxma halı qeydə alınarsa, o ölkənin vətəndaşları üçün Finlandiyanın sərhədləri bağlı olacaq.
Avropa İttifaqı ölkələri üçün bu göstərici 100 min nəfər arasında 16-dan çox olmamalıdır.
Nazirlər Kabinetinin qərarına əsasən, 24 avqustdan etibarən İslandiya, Yunanıstan, Malta, Almaniya, Norveç, Danimarka, İrlandiya, San-Marino, Yaponiya və Kipr pasportu daşıyan şəxslərin Finlandiyaya girişində məhdudiyyətlər tətbiq olunacaq.

20 avqust 2020
GO BACK