Livan Prezidenti Beyrutdakı partlayışın üç əsas versiyasını açıqlayıb.
Qadin.Net Kp.ru-ya istinadən xəbər verir ki, Mişel Aun Beyrut limanında silah anbarlarının olmadığını deyib.
O, əminliklə qeyd edib ki, Beyrutdakı partlayış limanın anbarlarındakı “Hizbullah”a aid silahlar səbəbindən baş verə bilməz:
“Əldə etdiyimiz məlumata görə, “Hizbullah”ın limanda silahları olmayıb, amma yenə də bu versiyanı daha ətraflı araşdıracağıq”.
Onun sözlərinə görə, hazırda Beyrutda faciənin üç əsas səbəbi araşdırılır: qəza, ammonium nitratın saxlanma şəraitinin pozulması və xarici müdaxilə.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 171 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.