Qadin.NET / Yeni məktəb ilində şagirdləri nə gözləyir?

Yeni məktəb ilində şagirdləri nə gözləyir?

Ekspertlər hesab edir ki, Azərbaycanda koronavirus pandemiyası şəraitində yeni tədris ilində qarışıq təhsil modeli tətbiq olunmalıdır.
Qadin.Net bildirir ki, bu barədə Media.Az-a Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov və Şuranın üzvü Elmina Kazımzadə məlumat verib.
Ş.Əsgərovun sözlərinə görə, ənənəvi və distant təhsili özündə birləşdirən qarışıq modeldən istifadə edilməlidir.
“Məktəbə qayıdan şagirdlər ünsiyyətdən yayına bilməyəcəklər, onların sosial məsafəni qoruması az ehtimaldır, bu isə yoluxma sayının artmasına səbəb olacaq. Düşünürəm ki, uşaqlar yalnız həftənin müəyyən günlərində məktəbə getməlidirlər”, - deyə o, bildirib.
E.Kazımzadə də 5-11-ci sinif şagirdlərinin qarışıq tədris modelindən istifadə etməklə təhsil ala biləcəyini deyib, bununla belə aşağı sinif şagirdləri haqqında danışmağın çətin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu vəziyyətdə fərqli bir metod tətbiq olunmalıdır.

“Burada əsas məsələ məktəblilərə dəstək olmaqdır. Çalışmalıyıq ki, uşaqlar məktəbə marağını itirməsinlər, dərslərə olan sevgilərini qorusunlar”, - deyə o, əlavə edib.

19 avqust 2020
GO BACK