Beş il əvvəl itkin düşən qardaşının mənzilində təmizlik işləri görən qadın oradan insan qalıqları aşkar edib.
Qadin.Net “SoraNews24” -a istinadən xəbər verir ki, 66 yaşlı Yaponiya vətəndaşı Sumio Suenaqa 2015-ci ildə yoxa çıxıb.
Ailəsi kişinin evə qayıdacağından əmin olaraq polisə müraciət etməyib.
Bu illər ərzində itkin düşən S.Suenaqanın yaşadığı mənzil boş qalıb.
Beş il sonra kişinin kiçik bacısı mənzili səliqəyə salaraq oraya köçmək qərarına gəlib.
Təmizlik işlərinə başlayan qadın mənzildə insan skeleti aşkar edib.
Hüquq mühafizə orqanları araşdırmaya başlayıb.
Aşkar edilən insan qalıqlarının S. Suenaqaya aid olduğu ehtimal olunur.