Qadin.NET / Malidə qiyamçılar sərhədləri bağlayıb komendant saatı tətbiq etdilər

Malidə qiyamçılar sərhədləri bağlayıb komendant saatı tətbiq etdilər

Malidə üsyan qaldıran hərbçilər ölkənin bütün sərhədlərinin bağlandığını və komendant saatı tətbiq olunduğunu elan ediblər.
Qadin.Net bildirir ki, bu barədə TASS məlumat yayıb.
“19 avqust 2020-ci il tarixindən etibarən bütün hava və quru sərhədlər əlavə xəbərdarlığa qədər bağlanacaq və 21:00-dan 05:00-a qədər komendant saatı tətbiq ediləcək”, - deyə üsyançıların sözçüsü İsmayıl Vaq ölkənin milli televiziyasının efirində bildirib.
Xatırladaq ki, ötən gün Malidə qiyam qaldıran hərbçilər bəzi nazirləri və yüksək rütbəli zabitləri həbs ediblər.
Mali prezidenti İbrahim Bubakar Keyta tutduğu vəzifədən istefa verdiyini və parlamenti buraxdığını elan edib.
Polkovnik Sadio Kamara qiyama rəhbərlik edir.

19 avqust 2020
GO BACK