Yaponiyanın paytaxtı Tokioda şəffaf tualetlər istifadəyə verilib.
Qadin.Net “The Guardian”-a istinadən xəbər verir ki, tualetlər “ağıllı” şüşədən hazırlanıb.
“Tokyo Toilet Project”in layihəsi olan ictimai tualetlər sadə bir prinsiplə işləyir - adam kabinəyə girəndə şüşə qaralır və şəffaflığı itir.
Əsas funksiyalarına əlavə olaraq, yüksək texnoloji tualetlər fənər kimi də fəaliyyət göstərirlər. Onlar qaranlıqda parklardakı yolları işıqlandırırlar.
İdeyası yapon memarı Şigeru Bana məxsus olan şəffaf tualetlərin yaradılmasında məqsəd həm də, “çirkli və pis qoxulu” hesab olunan ictimai tualetlərlə bağlı stereotipləri məhv etməkdir.
Şəffaf modellər iki problemi bir anda həll edir - şüşədən içərinin təmiz olub-olmadığını və kabinənin məşğul olub-olmadığını görmək mümkündür. Bu şəkildə potensial istifadəçi tualetə baş çəkmək üçün pul ödəməyin lazım olub-olmadığını əvvəlcədən müəyyən edə bilər.