Səudiyyəli gəncin köpəkbalığının üstünə tullanaraq, onu ram etməyə çalışması barədə görüntüləri hər kəsi heyrətə gətirib.
Qadin.Net bildirir ki, “Daily Mail”in məlumatına görə, kadrlar Qırmızı dənizdə qeydə alınıb.
Kaskadyor Zəki əs-Sabah tərəfindən həyata keçirilən qorxulu tryuk sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Belə ki, istifadəçilərin bəzisi onu cəsur hərəkətinə görə tərifləsə də, digərləri düşüncəsizlikdə və canlılara qarşı qəddarlıqda ittiham edib.