Polis yorğunluqdan tunelə yıxılan şəxsi son anda ölümdən xilas edib.
Qadin.Net “Telegram” -a istinadən xəbər verir ki, hadisə Rusiya paytaxtında Moskva Metropolitenində baş verib.
Asayiş keşikçisi hadisəyə ildırım sürəti ilə reaksiya verib: o maşinistə işarə verib və yıxılan gənci çıxarıb.
Gəncin sözlərinə görə, o, ağır iş rejimi ilə əlaqədar bir neçə gündür ki, yatmır.