Qadin.NET / Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi

Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi

ABŞ-ın Demokratlar Partiyası keçmiş vitse-prezident Co Baydenin prezidentliyinə namizədliyini təsdiq edib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu barədə qərar partiyanın qurultayında qəbul olunub.
35 ildən çox Delaver ştatından senator seçilən və Obama administrasiyasında vitse-prezident vəzifəsini icra edən Bayden iradəli və təcrübəli demokratlardan biri hesab olunur. Bayden seçkidə qalib gələrsə, andiçmə vaxtı 78 yaşı olacaq. Bununla da ABŞ-ın ən yaşlı prezidenti kimi tarixə düşəcək.
Bayden 1973-2009-cu illərdə Delaver ştatından senator seçilib.

Bayden NATO-nun şərqə doğru genişlənməsini də istəyib. Hətta Gürcüstan və Ukraynanı Şimali Atlantika Alyansına qəbul olunması ilə bağlı çağırış edib. 2001-ci ildə ABŞ-ın Əfqanıstanda və 2003-cü ildə İraqda hərbi əməliyyatların başlamasını dəstəkləyib.

Bayden iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı və qızı 1972-ci ildə baş verən avtomobil qəzasında ölüb.

2015-ci ildə böyük oğlu Bo, 46 yaşında beyin xərçəngindən dünyasını dəyişib.

19 avqust 2020
GO BACK