Qadin.NET / Tuba Büyüküstün qəzəbləndi

Tuba Büyüküstün qəzəbləndi

Türkiyəli məşhur aktrisa Tuba Büyüküstün rejissor Cevdet Mercanla sevgili olması haqqında iddialara qəzəbləndi.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, ötən ay iş adamı Umut Evirgendən ayrılan Tuba Büyüküstün rejissorla sevgili olması haqqında yayılan xəbərlərə sərt reaksiya verib.
"Dəli olmusunuz?.. Hər halda kimə hücum edəcəyinizi səhv salmısınız. İnsanlarla oynamaq asandırmı? Bir şeyin olub-olmadığını görmək üçün vicdanınıza baxın. Çünki vicdanınız varsa, siz insansınız", - deyə bildirib.
Qeyd edək ki, Tuba Büyüküstünün Cevdet Mercanla sevgili olduğu və mənzildən əl-ələ çıxdığı iddia edilmişdi.

19 avqust 2020
GO BACK