Hollivud ulduzu Conni Depplə qalmaqallı şəkildə boşanan Ember Herd yay tətilini keçirmək üçün Türkiyəni seçib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, İstanbulda istirahət edən Ember tarixi yerləri gəzib. Məscidə gedən Herd fotosunu sosial şəbəkədə bölüşüb.
Məşhurun dini məkandakı geyimi tənqid atəşinə tutulub. Başını hicab əvəzinə yaylıqla örtən Emberin günah etdiyi bildirilib. İzləyicilər onun saçlarını belə yaxşı örtmədiyini pisləyiblər.
Digər tərəfdən isə Ember məscidə qısa ətəkdə girib.