Qadin.NET / Məktəb seçimi ilə bağlı RƏSMİ AÇIQLAMA

Məktəb seçimi ilə bağlı RƏSMİ AÇIQLAMA

Valideynlərin uşaqların elektron qeydiyyatı zamanı məktəb seçimləri ilə bağlı bir sıra məqamlara aydınlıq gətirilib.
Qadin.Net bildirir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, valideynlərə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır. Seçimini dəyişmək istəyən valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Lakin, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra valideyn sorğusunu ləğv edə bilməz.
Nazirlikdən o da bildirilib ki, məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda valideynin yenidən başqa məktəb seçimi etmək şansı yaranır.

18 avqust 2020
GO BACK