Finlandiyanın Baş naziri Sanna Marin özündə koronavirus infeksiyasının simptomlarını hiss etdiyi üçün analiz verəcəyini bildirib.
Bu barədə “İnterfax” agentliyi məlumat yayıb.
“Tənəffüs sistemimdə yüngül formada narahatlıq var. Koronavirusla bağlı analiz verəcəm və məsafəli qaydada işləyəcəm”, - 34 yaşlı baş nazir “Twitter” hesabında yazıb.
Qeyd edək ki, ötən həftə Finlandiyada hökumət ölkə vətəndaşlarına müraciət edərək, COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar ictimai yerlərdə tibbi maskalardan istifadə etmək barədə tövsiyə verib.