Qadin.NET / Kim Çen Indan qorxunc təlimat: Aclığın qarşısını almaq üçün...

Kim Çen Indan qorxunc təlimat: Aclığın qarşısını almaq üçün...

Şimali Koreya lideri Kim Çen Inın ölkədəki bütün ev köpəklərinin müsadirə edilməsi təlimatı verdiyi iddia olunub.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, köpək sahibləri rəhbərliyin bundan ölkədəki qida çatışmazlığını həll etmək üçün istifadə olunacağından narahatdır.
Cənubi Koreyada nəşr olunan “Chosun Ilbo” qəzeti Kimin ev köpəklərini burjuaziya ideologiyası və kapitalizmin simvolu kimi qəbul etdiyini yazıb.
Məlumatda aidiyyəti qurumların köpək bəslənən evləri təsbit etdiyi, sahiblərinin heyvanları verməyə məcbur olunduğu, ya da heyvanların zorla müsadirə edildiyi bildirilib.
Bəzi heyvanlar dövlətə məxsus zooparklara göndərilib, bəziləri də köpək əti restoranlarına satılıb. Vətəndaşlar köpəklərdən ölkədəki qida çatışmazlığının qarşısının alınması məqsədilə istifadə olunacağından narahatdır.
BMT-nin son hesabatına görə, Şimali Koreyanın 25.5 milyonluq əhalisinin 60%-i Pxenyanın nüvə proqramları səbəbindən aclıq içində yaşayır.

18 avqust 2020
GO BACK