Qadin.NET / Tramp söz verdi: “Bunu etsəniz...”

Tramp söz verdi: “Bunu etsəniz...”

ABŞ prezidenti Donald Tramp fəaliyyətlərini Çindən ABŞ-a keçirən şirkətlərə vergi güzəştlərinin tətbiq ediləcəyini vəd edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Minnesota ştatının Mankato şəhərindəki çıxışı zaman deyib.
Tramp bildirib ki, ABŞ koronavirus peyvəndinin hazırlamasının çox yaxın zamanda reallaşdıracaq: “Çin virusunu tezliklə məğlub edəcəyik. Şəhər və ətraf ərazilərimizi cinayətkar bir gələcəkdən və xaosdan qoruyacağıq".
Demokratların ABŞ dəyərlərini məhv etməyə çalışdıqlarını bildirən Tramp, Türkiyə və Rəcəb Tayyib Ərdoğan ilə bağlı qalmaqallı açıqlamalar edən Co Baydenin solçu ekstremistlərin kuklası olduğunu söyləyib.
Qeyd edək ki, Bayden R.T.Ərdoğanı devirmək üçün müxalifətə dəstək olmağı təklif etmişdi. Bu fikir cəmiyyətdə sərt tənqidlərə səbəb olub.

18 avqust 2020
GO BACK