Rusiyada ağciyərlərinin 95 faizi zərər görən 62 yaşlı pasiyent koronavirusdan sağalıb.
Qadin.Net bildirir ki, bu barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.
Bildirilir ki, təqaüdçü Qalina Skrılnikova may ayının əvvəllərində koronavirusa yoluxub. Sonradan ona sətəlcəmin kəskin forması diaqnozu qoyulub.
Xəstə yoluxucu xəstəliklər klinikasında 57 gün keçirib.
Ancaq heç nəyə baxmayaraq, Qalina Skrılnikova sağala bilib.
Həkimlər bunun, demək olar ki, möcüzə olduğunu etiraf edirlər.